Keşiş Baqrat İran ermənisi imiş – İran səfirliyinə gedib

Keşiş Baqrat İran ermənisi imiş – İran səfirliyinə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları təşkil edən keşiş Baqrat Qalstanyan İbrahim Rəisinin ölümü ilə bağlı İran səfirliyinə gedib.

“AzPolitika” xəbər verir ki, Qalstanyanın bu “tarixi ziyarəti” rusiyapərəst və revanşist qüvvələrin mətbu orqanlarında geniş işıqlandırılır.

Keşiş Baqratı qəbul edən İran səfirinin müavini Bəhram Toheri deyib ki, son günlər Ermənistan və erməni xalqı İrana çox isti münasibət nümayiş etdirir.

Qalstanyan isə qeyd edib ki, onun əsli İrandandır. Baqrat İrəvanda doğulsa da, ailəsinin İrandan olduğunu bildirib və hazırda “iranlılarla eyni hisləri yaşadığını” əlavə edib.