backend

Kəşfiyyatçılarımız:“Salam, vazgenlər!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə erməni əsgərlərin səngərdəki görüntüləri və açılan atəş səslərinə reaksiyası diqqət çəkib. 

Sosial şəbəkələrdə erməni əsgərlərin səngərdəki görüntüləri və açılan atəş səslərinə reaksiyası diqqət çəkib.


Görüntülərin kim tərəfindən lentə alındığı məlum olmayan videoda erməni əsgərlər cəbhədə baş verənləri şərh edib. Video sosial şəbəkədə “Erməni səngərlərindən görüntülər: Gözlərində qorxu, səslərində titrəyiş…” başlığı ilə verilib.

Erməni əsgərlərin videodakı danışıqlarını təqdim edirik:

” Hər gün: səhər və axşam… Bu dözülməzdir…

*Bizim bir gün belə olsun sakitliyimiz yoxdur. Hər gecəmiz bax, belə dəhşətdir. Çoxlarının psixikası buna dözmür. Ötən həftə əsgərin biri dəli oldu və silahla özünü ayağından vurdu. Əsgər çox qan itirdiyi üçün öldü. Biz hökumətdən xahiş edirik ki, buna əngəl olsun. Digər mövqelərdə təkcə ötən gecə 3 əsgər hərbi xidmətə yarasız elan edildi. Biz hər gün komandirlərə hesabat veririk ki, vəziyyət çox çətindir. Lakin bizi heç kim eşitmir.

 Orda ordu dayanır. Onlarda ən son texnologiya, hərbi silahlar var. Onlar bizim ən son addımımızı belə görür. Hətta bizim mobil telefon danışıqlarımıza da qulaq asırlar. Dünən səhər biz yerdə Azərbaycan aksizi olan bir ədəd siqaret qutusu aşkarladıq və onlar qutunun üzərində erməni dilində “Salam, vazgenlər!” yazmışdı. Bu o deməkdir ki, azərbaycanlı kəşfiyyatçılar istədikləri vaxt bizi dovşan kimi kəsə bilər. Bizim hətta postlarda əsgərlərimiz də çatmır.”