İranda aparıcı siyasi təşkilatlardan biri olan “Yaşıl Hərəkat”ın lideri Mehdi Kərrubi molla rejimi və onun rəhbəri Əli Xamineyini kəskin tənqid edib. Tribunainfo.az xəbər verir ki, o, İranın ali dini liderini “uşaq inadkarlığı və kinli adam” adlandırıb.
Kərrubi deyib ki, Xamenei İranda 2009-cu il seçkilərində saxtakarlığı və zorakı repressiyaları dəstəkləyib. “Həmin vaxt ədaləti bir kənara qoydu. Saxtakarlığı dəstəklədi. Üstəlik, repressiyaların həyata keçirilməsinə icazə verdi”.
Kərrubi İran parlamentini də kəskin tənqidd edib. O bildirib ki, İran parlamentində təmsil olunanlar rusdan daha ruspərəstdirlər. “Bəzi hərbçilər parlamentdə Putin üçün üz-gözlərini cırırlar. Məncə, Tudə Partiyası (kommunsitlər) hakimiyyətdə olsaydı, parlamentdə bu qədər ruspərəst olardılar”.
O sonda bildirib ki, Xamineyi inadkarlığı bir kənara buraxmalıdır. “Xamineyi uşaq inadkarılığı və kinini bir kənara atmalı, ölkə ilə məşğul olmalıdır. Bu günkü siyasət İranı fəlakətə aparır”.
Fərda Uğur










