backend

Kerri böyük siyasətdən gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın dövlət katibi Con Kerri yanvarın 20-dən sonra dövlət qulluqçusu karyerasını bitirəcəyini bəyan edib. 

ABŞ-ın dövlət katibi Con Kerri yanvarın 20-dən sonra dövlət qulluqçusu karyerasını bitirəcəyini bəyan edib.

TİA.AZ xəbər verir ki, bu barədə Kerri Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

“Mənim dövlət qulluqçusu kimi karyeram başa çatdı”, – deyə Kerri vurğulayıb.

Hazırda 73 yaşı olan Con Kerri 2013-cü ilin fevralından dövlət katibidir və Baraka Obama Administrasiyası ilə birgə istefa verir.

Kerri 30 ilə yaxın müddətdə Massaçusets ştatının senatoru olub. 2004-cü ildə o, Demokratlar partiyasından prezidentliyə namizəd olub, lakin seçkilərdə oğul Corc Buşa məğlub olub.