Türkiyənin sosial şəbəkə fenomeni Kerimcan Durmaz saxlanılıb.
Tribunainfo.az xəbər verir ki, onun saxlanılmasına səbəb, konsertində qanunsuz mərc oyunlarını reklam etməsidir.
Məsələ ilə bağlı İstanbul Baş Prokurorluğu araşdırmalara başlayıb.
Xatırladaq ki, bundan əvvəl Serdar Ortaç və Mehmetali Erbil də “qanunsuz mərc oyunlarını təşviqetmə” maddəsi ilə bağlı saxlanılmışdı.