Müğənni Kərim Abbasov bir müddət əvvəl qalmaqal yaşadığı aktrisa Mehriban Xanlarovanı ələ salıb. Müğənni Kərim Abbasov bir müddət əvvəl qalmaqal yaşadığı aktrisa Mehriban Xanlarovanı ələ salıb.
TİA.AZ xəbər verir ki, müğənni Mehriban Xanlarovanın açıq-saçıq fotolarını paylaşaraq ondan kinayəli şəkildə üzr istəyib.
“Mən 4 gün qabaq bilmişəm ki, həcixanım və respublikanın əməkdar artisti Mehriban Xanlarovanın səhhətində problem var. Əslində çox üzüldüm. Üzüldüm ki, bu insanla qalmaqal yaşamışam. Allah sizə şəfa versin. Əsəbləşib dediyim sözlərə görə sizdən və sizin ailə üzvlərinizdən üzr istəyirəm. Əslində özümə yaraşdırmadım. Gərək olmazdı. Amma əsəbi vaxtıma düşüb. Həcixanım sizə görə dua edəcəyəm. Allah sizə kömək olsun. Heç kimin pis gününə sevinmirəm. Həyatdı, hamının başına gələ bilər”.