Azərbaycan Respublikası müdafiə nazirinin keçmiş müavini — Əlahiddə Ümumqoşun Ordusunun komandanı (2014–2024) Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O qeyd edib ki, “LONDON GASTRONOMY GROUP LTD” şirkəti onun vəzifədən azad edilməsindən cəmi 6 gün sonra ləğv edilib. “FOLEY’S RESTAURANT LIMITED şirkəti və eyniadlı lüks restoranın fəaliyyətinə isə bu ilin aprelində iflas qərarı ilə son verilib”.
Fərda Uğur