Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi, Audit şöbəsinin müdiri İlham Aslan vəzifəsindən azad edilib.
Tribunainfo.az-ın unikal-a istinadla xəbər verir ki, bu barədə AHİK sədri Sahib Məmmədov əmr imzalayıb.
Hələlik İlham Aslanın yerinə təyinat yoxdur.
Qeyd edək ki, İ.Aslan Azərbaycan müdafiə nazirinin sabiq müavini — Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayevin bacısı oğludur.