Kərəm Həsənov Füzulidə vətəndaşları qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Füzuli rayonunda vətəndaşları qəbul edib. Vətəndaş qəbulu Füzuli rayonu Horadiz şəhərində keçirilib. Qəbulda Füzuli ilə yanaşı İmişli, Ağcabədi, Beyləqan və Cəbrayıl rayonundan olan vətəndaşların da müraciətlərinə baxılıb.
 Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Füzuli rayonunda vətəndaşları qəbul edib. Vətəndaş qəbulu Füzuli rayonu Horadiz şəhərində keçirilib. Qəbulda Füzuli ilə yanaşı İmişli, Ağcabədi, Beyləqan və Cəbrayıl rayonundan olan vətəndaşların da müraciətlərinə baxılıb.

Komitə sədrinin qəbulunda iştirak edən rayon sakinlərinin daşınmaz əmlakın qeydiyyatına aid olan müraciətləri əsasən fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması məsələlərini əhatə edib. Qəbulda iştirak edənlərin bir qismi pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət edib. Qəbulda həmçinin torpaq sahələrinin təyinatı, kateqoriyası ilə bağlı rəylərin alınması, bir kateqoriyadan digərinə keçirilməsi, torpaqlardan təyinatına uyğun istifadə, torpaq hərraclarında iştirak məsələləri barədə də müraciətlər səsləndirilib. Bəzi müraciətlər isə vaxtilə vətəndaşlara ayrılmış torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi məsələlərini əhatə edib. Səsləndirilən müraciətlərin digər qismi isə torpaqların keyfiyyət göstəricilərinin və münbitlik dərəcələrinin müəyyən edilməsi məqsədilə komitənin mobil və stasionar laboratoriyalarının xidmətlərindən istifadə ilə bağlı olub.
 

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlər üzrə qəbulda iştirak edən aidiyyəti qurumların məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Komitə sədri belə müraciətlərin vətəndaşların iştirakı ilə araşdırılması və qanunvericilkə müəyyən olunmuş qaydada həll edilməsi göstərişi verilib. Vətəndaş qəbulu çərçivəsində həmin gün müraciət edən vətəndaşlar da qəbul edilərək, müraciətlərinə baxılmış və onların həlli istiqamətində müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla tədbirlər görülmüşdür.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə ediblər.

Komitə sədri Kərəm Həsənov vətəndaşlarla görüş zamanı bildirib ki, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması ilə bağlı aparılan işlər öz müsbət nəticələrini verməkdə davam edir. Belə ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə torpaq payı almaq hüququna malik olan, ancaq indiyədək bu hüquqdan yararlana bilməyən şəxslərə pay torpaqları ayrılır. Artıq Siyəzən, İmişli və Xaçmaz rayonlarında uzun illərdən bəri torpaq payı almaq arzusunda olan insanlara torpaq payları ayrılmışdır. Ayrılan pay torpaqlarına elə yerindəcə mülkiyyət hüquqlarını təsdiq edən sənəd-çıxarışlar təqdim olunub.

Torpaqların keyfiyyət göstəriciləri və münbitlik dərəcəsini müəyyən edən mobil və stasionar torpaq laboratoriyalarından istifadə imkanları barədə vətəndaşlara məlumat verilib. Qeyd olunub ki, mobil və stasionar laboratoriyaların köməkliyi ilə fermerlər, kəndə təsərrüfatı işləri ilə məşğul olan kəndlilər torpaqlarının münbitlik dərəcələrinin öyrənilməsi, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu əvvəlcədən öyrənəcək, gələcəkdə hansı aqrokimyəvi tədbirlərin görülməsinin zəruri olduğunu müəyyən edəcək.

Vətəndaşların nəzərinə çatdırılıb ki, cari ilin 6 ayında komitə tərəfindən bir sıra müxtəlif istiqamətli yeniliklər tətbiq olunub. “Əmlakın qeydiyyat kalkulayotru”, “Elektron hərrac”, “Elekron çıxarış” və AzNav –İlk rəsmi naviqasiya sistemi tətbiq edilən innovativ xidmətlərə aiddir. Komitə tərəfindən tətbiq edilən və istifadəyə verilən elektron xidmətlərin əsas məqsədi vətəndaşların minimum vaxt itkisi sərf etməklə, rahatlığı, əlçatanlığı təmin etməklə xidmətlərdən maksimum yararlanmasını təmin etməkdir.

Qəbulun yekununda komitə sədri Kərəm Həsənov qeyd edib ki, vətəndaş məmnuniyyətinin və rahatlığının təmin olunması əsas prioritet istiqamətlərdən biridir. Müvafiq sahə üzrə həyata keçirilən bütün islahatların əsas məqsədi vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.