İraqın Kərbəla şəhərində ziyarətdə olan Azərbaycan vətəndaşı vəfat edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Bildirilib ki, Bakı şəhər, Sabunçu rayon sakini Dəyanət Qurbanı bu gün Kərbəlada dünyasını dəyişib. Onun dəfni ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Kərbəlada ziyarətdə olan daha iki Azərbaycan vətəndaşı vəfat edib. Onlar həmin şəhərdə dəfn ediliblər.