Kərbəla şəhərində “Tarixdə şəxsiyyətin rolu” mövzusunda tədbir keçirilib – FOTOLARbackend

Kərbəla şəhərində “Tarixdə şəxsiyyətin rolu” mövzusunda tədbir keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 15-i müqəddəs Kərbəla şəhərində “Tarixdə şəxsiyyətin rolu” mövzusunda konfrans keçirilib. İmam Hüseyn məqbərəsinin konfrans zalında keçirilən tədbirin təşkilatçısı Mənəvi Dünya Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyi idi.

Azərbaycanlı və digər zəvvarlarla yanaşı tədbirə ölkəmizin və İraqın ictimaiyyət nümayəndələri, habelə şəhid valideyinləri və Vətən müharibəsi qazilər də konfrasda iştirak ediblər.

Tədbiri açan Mənəvi Dünya İB-nin sədr müavini Samir Pənahov müasir dünyada qəhrəmanların rolu haqda söz açıb:

“Bu gün insanlıq hər zamankından daha çox qəhrəmanlara ehtiyaclıdır. Simasızlaşan, şəxsiyyətsizləşən cəmiyyətə çevirilməmək üçün mütləq qəhrəmanları yaşatmalı və anmalıyıq”.

O, qəhrəmanların ilham mənbəyi olduğunu bildirərək şəhidlərimizi örnək olaraq göstərib.

Daha sonra Qarabağ qələbəsində milli-mənəvi dəyərlərimizin əhəmiyyəti haqda çarx nümayiş etdirilib.

Tədbirdə Mənəvi Dünya İB-nin mərhum sədri Hacı Şahin Həsənlinin fəaliyyəti barədə də söz açılıb. Bildirilib ki, Kərbəla şəhərində şəhidlərin anılması ənənəsinin əsasını məhz o qoyub. Onun vaxtı ilə imamı olduğu məsciddən 20 şəhid və 50-yə yaxın qazi çıxıb. Onun sözlərinə görə, Qurtuluş günü qeyd edən Azərbaycan xalqı da milli-mənəvi dəyərlər ətrafında birləşərək, tariximizdə milli birliyə əsaslanan yeni səhifə açdı.

Şəhid ailələri adından çıxış edən şəhid Orxan Quluzadənin anası Fatma xanım Azərbaycan əsgərinin igidliyindən söz açıb. Onun sözlərinə görə, Allah sevgisi ilə tərbiyə alan oğullar döyüş meydanında qəhrəmanlıq göstərərək 30 illik işğala son qoyublar.