Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Tribunainfo.az xəbər verir ki, Qərb derbisində autsayder “Kəpəz” “Turan Tovuz”la qarşılaşıb. Görüş Gəncə təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Kəpəz”in heyətində Yeqor Xvalko, Turan Manafov (2 qol), Mahamadu Ba və Kərim Lkoça fərqləniblər. “Turan Tovuz”un qollarını isə Kristian da Silva ilə Rəhim Sadıxov vurublar.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Kəpəz” yenidən 9-cu pilləyə yüksəlib. Tovuz klubu isə 32 xalla 4-cü pillədə qərarlaşıb.