“Kəpəz” “qonşular”ına “ilişib”, “Sabah”a meydan oxuyubbackend

“Kəpəz” “qonşular”ına “ilişib”, “Sabah”a meydan oxuyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasının autsayderi “Kəpəz” sosial şəbəkə paylaşımları ilə diqqət mərkəzinə düşüb.

Tribunainfo.az xəbər verir ki, Gəncə təmsilçisinin mətbuat xidməti Roman Qriqorçukla Şahin Diniyevin şəklini paylaşıb.

Autsayder bununla da turnir cədvəlindəki qonşularının ikisinin baş məşqçisini istefaya göndərdiyinə eyham vurub. Cəmi 2 qələbəsi olan “Kəpəz” “Neftçi”ni IX turda 4:3 hesabı ilə udduqdan sonra Qriqorçuk Bakı klubundan istefa verib. XII turda “Səbail” üzərində 1:0 hesablı qələbə ilə Şahin Diniyevin baş məşqçi vəzifəsini itirməsi ilə nəticələnib.

Gəncə təmsilçisi bu paylaşımla kifayətlənməyib. Digər paylaşımda “Sırada Renduliç var” qeyd olunması ilə “Kəpəz” XIII turdakı rəqibi “Sabah”a da meydan oxuyub.

Bu, gözləniləndən xeyli aşağı çıxış edən Bakı təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçi də istefaya göndərmək iddiasını göstərib. Amma “Neftçi” və “Səbail”dən fərqli, “Sabah” Tovuz səfərində deyil, öz meydanında autsayderi sınağa çəkəcək.

Qeyd edək ki, “Sabah” – “Kəpəz” matçı noyabrın 9-da keçiriləcək.