“Kəpəz” BOKT məhkəməyə verildibackend

“Kəpəz” BOKT məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kəpəz” Bank Olmayan Kredit Təşkilatı məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, BOKT-la bağlı iddianı Camalov Elmin Nizami oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı borc müqaviləsi üzrə yaranmış mübahisəyə görə BOKT-u məhkəməyə verib.

İşə 5 noyabr tarixində Yasamal rayon Məhkəməsində baxılacaq. İş hakim Vahid Hacıyevin icraatındadır.

Qeyd edək ki, “Kəpəz” Bank Olmayan Kredit Təşkilatı 19 mart 2014-cü ildə BKT 22 saylı lisenziyaların mərkəzi reyesterinə daxil edilib. “Kəpəz” BOKT MMC-nin direktoru Rəşad Əliyevdir. BOKT-un Baş mühasibi isə Elvin Rəhimovdur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar