“Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu

“Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan  Premyer Liqasında 4-cü tura start verilib.

Tribunainfo.az xəbər verir ki, turun ilk oyununda “Kəpəz” Qəbələdə “Araz-Naxçıvan”la qarşılaşıb.

Oyun Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Günün digər oyunu son çempion “Qarabağ”la “Zirə” arasında keçiriləcək.

“İmişli” – “Sumqayıt” və “Turan Tovuz” – “Qəbələ” oyunları sabah, “Şamaxı” – “Karvan-Yevlax” və “Neftçi” – “Sabah” görüşləri bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası

12 sentyabr

“Kəpəz” – “Araz-Naxçıvan” 0:2

Qollar: Slavik Alxasov, 65. Bar Kohen, 86.

Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.

Qəbələ şəhər stadionu, 17:45.