Düz 50 il əvvəl 1968-ci ilin 5 iyununda Los-Ancelesdə 1968-ci il prezident seçkisində prezidentliyə namizəd senator Robert “Bobbi” Kennedi ölümcül güllə yarası almışdı.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu hadisədən 5 il öncə isə qardaşı prezident Con Kennedi qətlə yetirilmişdi. Robert Kennedinin qətlində ittiham olunan fələstinli qaçqın Sərxan Bişar edam cəzasına məhkum olunsa da, sonradan məhkəmə hökmü ömürlük həbs cəzası ilə əvəz edib.
Bu qətlin nəticəsində seçkiləri Respublika partiyasının namizədi Riçard Nikson qazanmışdı.
Bobbi Kennedinin namizədliyini seçkidə qaradərililərin hüquqları uğrunda mübarizə aparan, 1968-ci ilin aprelində qətlə yetirilən Martin Lüter Kinq dəstəkləyirdi. Robert Kennedi Vyetnam müharibəsinə də qarşı çıxırdı.
Qardaşı Con Kennedinin ölümü kimi Robert Kennedinin də ölümü bir çox versiyaların yaranmasına səbəb olmuşdu.
