Kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi ilə bağlı tədbirlər genişləndirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən torpaqlardan, əsasən kənd təsərrüfatlı təyinatlı torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsi, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülür, müvafiq tapşırıqlar verilir. 

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən torpaqlardan, əsasən kənd təsərrüfatlı təyinatlı torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsi, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülür, müvafiq tapşırıqlar verilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən də torpaqların dövlət idarəedilməsi baxımından bu sahədə bir sıra işlər görülür. Belə ki, Komitə torpağın təyinatı dəyişdirilməklə onların əkin dövriyyəsinə cəlb olunmasını, torpaqların münbitliyinin qorunması və artırılması üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin edir. Nəticədə belə torpaq sahələri yenidən gəlir mənbəyinə çevrilir. Eyni zamanda həmin sahələrdə əkin prosesinin aparılması bol məhsul əldə edilməsinə şərait yaradır. Bu isə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini  verir.

Statistikaya əsasən 2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilmişdir. Bundan 81 min 739 hektar torpaq sahəsində 19 Aqroparkın yaradılması və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulmuşdur.

Həyata keçirilən belə tədbirlər aqrar sektorun inkişafına imkan verir. Bu isə istehsal olunan məhsulun artmasına, tələbatın ödənilməsinə, Ümumi Daxili Məhsulun həcmində qeyri-neft sektorunun payının artmasına şərait yaradır. Eyni zamanda bol məhsulun əldə edilməsi xarici bazarlara çıxış imkanlarını genişləndirir.

Qeyd edilməlidir ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 2017-ci ilin 6 ayı üzrə 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilmişdir. Həmin torpaqlar geri qaytarılaraq yenidən səmərəli şəkildə istifadə istiqamətində işlər həyata keçirilir, iri taxılçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması, meyvə bağlarının salınması və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür.

Bundan başqa Kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Qeyd edilməlidir ki, ümumilikdə respublikada qeyri-neft sektorunun o cümlədən, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 166 min hektar torpaq sahələrinin kateqoriyası dəyişdirilmişdir. Həmin torpaq sahələri Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilmişdir.

Eyni zamanda yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində indiyədək 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılmış və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılmışdır.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yerlərdə maarifləndirmə tədbirləri keçirilir. Məqsəd torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində Komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Artıq respublikanın Qazax, Ağdaş, Oğuz, Şamaxı, Salyan, Cəlilabad rayonlarında maarifləndirmə tədbirləri keçirilib. Quba və Abşeron rayonlarında da yaxın vaxtlarda belə tədbirlərin keçirilməsi planlaşdırılır.