Kənd Təsərrüfatı Nazirliyi 226 min manat nələrə xərcləyəcək?backend

Kənd Təsərrüfatı Nazirliyi 226 min manat nələrə xərcləyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyi elan etdiyi tenderlərin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, nazirlik hər iki tenderini bir şirkətə verib.
Belə ki, KTN Aparatı və Daimlər üçün “yeni katriclər”in satın alınmasına 119.719,26 manat ayrılıb ki, bununla da bağlı “UNİSELL” MMC ilə satınalma müqaviləsi imzalanıb.
İkinci tenderi isə Naxçıvan MR KTN-i reallaşdırıb. Onlar da Regional Təlim Mərkəzinin yaradılması məqsədi ilə “UNİSELL” MMC ilə satınalma müaviləsi bağlayıblar. Bunun üçün isə 107.899,2 manat pul ayrılması qərarlaşdırılıb.
Qeyd edək ki, Unisell» MMC(VÖEN: 2005964101) Azərbaycanda keçirilən tenderlərin əsas “qənim”lərindən biri sayılır. Buna səbəb isə şirkətin çox sayda tenderlərdə qalib olmasıdır. Məsələn, şirkət təkcə 2021-ci il ərzində iştirak etdiyi 26 dövlət tenderlərində 1 milyon 716 min 356 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 26 tenderlə əldə edib ki, bu da bir tenderin orta qiymətinin 66 min manat olması deməkdir.
Xatırladaq ki, şirkət əsasən nazirliklərin və İcra Hakimiyyətlərinin tenderlərini qazanıb.
Hüquqi ünvanı Bakı, Nəsimi ray. Salatın Askerova küç. 128 olan şirkətin “Marsol Gropu”un tərkibində fəaliyyət gsötərdiyi qeyd edilir. Şirkətin icraçı direktoru Talıb Abbaszadədir. Talıb Ababaszadə haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.