“Son 1 ildə buğda idxalı 10 faiz artıb. Digər aqrar məhsullarda da idxal 20-70 faiz arasında artmışdır. Bu o deməkdir ki, kənd təsərrüfatı naziri istefa verməlidir”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri sosioloq Elçin Bayramlı bildirib.
Sosioloq açıqlamasında qeyd edib ki, 2024-cü ildə 2023-cü illə müqayisədə 315 milyon dollar məbləğində daha çox yeyinti məhsulu idxal olunub.
“Kərə yağı idxalı dəyər ifadəsi ilə 87.6 faiz, miqdar ifadəsi ilə isə 78.4 faiz artıb.
Ət idxalı dəyər ifadəsi ilə 49.4 faiz, miqdar ifadəsi ilə isə 40.7 faiz artıq olub.
Son 1 ildə idxalda xam şəkər 4 faiz, bitki yağları 35 faiz, çay 15 faiz, kartof 5 faiz, quş əti və əlavə məhsulları 17 faiz, tərəvəz 68 faiz artıb”.
Dəniz