Xətai rayonu, Kənd Əhmədli qəsəbəsindəki həyət evlərinin plana düşəcəyi və söküləcəyi ilə bağlı fikirlər səslənir. Ona görə də vətəndaşlar ucuz qiymətə evlərini satır. Yaxın gələcəkdə həqiqətən də həmin ərazi plana düşəcəkmi?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak eksperti Ramil Osmanlı bildirdi ki, təbii ki, Kənd Əhmədli də daxil olmaqla paytaxtın mərkəzində və mərkəzə yaxın olan ərazilərdəki xaotik salınmış fərdi yaşayış evləri müəyyən bir mərhələdən sonra şəhərsalma tədbirləri nəticəsində söküntüyə məruz qalması və köçürülməsi baş planda öz əksini tapır.
“Yəni Bakı şəhərinin qəbul olunmuş 2040-cı ilə qədər icra olunacaq baş planında öz əksini tapıb. Sadəcə burada təbii ki, dövlətin, hökumətin imkanlarından, eyni zamanda dövlət özəl əməkdaşlığından, investisiya proqramlarından asılı olaraq mərhələli şəkildə ayrı-ayrı sahələri şəhərsalma proqramına daxil ediləcəyi və söküntüyə məruz qalacağı haqqda fikirlər var. Qısa müddət ərzində məhz Kənd Əhmədli söküləcək deyə belə bir fikrə mən rast gəlməmişəm”.
Daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə isə, “ilk öncə plana düşmə anlayışını araşdıraq?
Plana düşmə yalnız dövlət səviyyəsində ola bilər. Dövlət tərəfindən bununla bağlı bildiyim qədər bir plan yoxdur. Özəl şirkətlər tərəfindən aparılan işlər plan deyil”.