Kənan və Sinemdən dəniz Fotoları

Kənan və Sinemdən dəniz Fotoları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış aktyor cütlüyü Kənan İmırzalıoğlu və Sinem Kobal yay tətilini dəniz sahilində keçirirlər.

Tribunainfo.az xəbər verir ki, məşhur cütlük qızları Lalin və Leyla ilə birlikdə ailəvi istirahətə yollanıb. Onlar Türkiyənin tanınmış sahil bölgələrindən birində dincəlirlər. Cütlük sosial şəbəkə hesablarında birlikdə çəkilən fotolarını paylaşaraq izləyicilərinin marağına səbəb olub.

Təbiət mənzərəsi və ailəvi mehribanlıq fotolarda xüsusi yer tutur. Paylaşımlarda həm romantik görüntülər, həm də valideynlik sevincini əks etdirən anlar yer alıb.

İzləyicilər onların xoşbəxt ailə tablosuna çoxsaylı şərhlərlə reaksiya veriblər. Pərəstişkarlar cütlüyə xoş istirahət arzulayıb, fotoları isə minlərlə bəyənmə toplayıb.

Ulduz cütlüyün yay tətilindən görüntüləri təqdim edirik:

Gülşən Rəsul