Kənan M.M. Pərvin Abıyevaya görə hər kəsi qarşısına aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənan M.Mahmudov “Maşın” realiti şouda aktirsa Pərvin Abıyeva ilə bağlı baş verən qalmaqallara aydınlıq gətirib. 

Kənan M.Mahmudov “Maşın” realiti şouda aktirsa Pərvin Abıyeva ilə bağlı baş verən qalmaqallara aydınlıq gətirib.

TİA.AZ xəbər verir ki, rejissor dostunu heç zaman yarı yolda qoymayacağını etraf edib. Sosial şəbəkədə ürəyini boşaldan Kənan M.M. məşhur dostu haqqında bunları yazıb:

“Biz heç kimi dar günündə yarı yolda qoyub qaçmadıq, sadəcə yolun sonuna qədər bizimlə gəlmək istəməyənlər oldu. Dostluğumuz bazara kimi deyil, məzara kimidir. İnsanların düşüncəsi və cümlələri anlama tərzləri çox fərqlidir. Yazılanlara görə, könül dostumuzu yarı yolda buraxacaq qədər etibarsız deyiləm. Dost itirən yaşımız deyil, dost itkisi çox acıdır… İki dəfə yaşadım, Allah heç kimə yaşatmasın. Həmişə yıxanın yox, yıxılanın yanında olmuşam. Nəticənin nə olmasından asılı olmayaraq peşman deyiləm. Çünki fərqliyik, bu saata kimi baş verən hadisələrlə bağlı heç kimə bir kəlmə əxlaqsız söz və ifadə işlətməmişəm, səbir etmişəm, dözmüşəm, hər şeydən öncə ailəmin mənə verdiyi tərbiyəni və ailə üzvlərini düşümüşəm, amma görünür öz ailəsini düşünməyənlər də olub. Təcürübəm göstəridi ki, bizə düşmən lazım deyil, o qədər bekarıq ki, işi-gücü atıb bütün gün başqasının həyatı ilə maraqlanırıq. Çox qəribədir, bəzilərinə hər şey etmək olar, bəzilərinə isə heç nə etmək olmaz… Biz öz hisslərimizi ifadə etməkdən məhrum olmuşuq. Bizi bir tək Allah hesaba çəkə bilər. Susanda qorxaq, danışanda isə kobud olursan. Allah hər kəsə öz qəlbinin çörəyini yeməyi qismət etsin, Allah hər kəsin yolunu qəlbindəki düşüncə tərzi kimi etsin. Əziz dostum Pərvin, sonuna kimi qəlbimin başında bir dost kimi yerin var! Həyatına davam et, sənə nifrət edənlər sənə həsəd aparanlardır… Hər kəs özündən və ətrafından muğayat olsun, bizim bizdən başqa kimsəmiz yoxdur. Yaşasan Azərbaycan! Mən erməni deyiləm, qəbul etsəniz də, etməsəniz də, azərbaycanlıyam. Hələ bilmək olmaz ki, Allah hansımızı daha çox istəyir”.