Tanınmış türkiyəli aktyor, aparıcı Kənan Işık 76 yaşında dünyasını dəyişib.
Tribunainfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd edək ki, o, beyinə qan sızdığı üçün 10 ildir reanimasiyada idi.
1947-ci ildə Malatyada anadan olan Kənan Işık Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Dövlət İdarəçiliyi fakültəsini bitirib. Işık 1972-ci ildə Dövlət Teatrları Baş İdarəsinin sənətçisi olub. Kənan Işık həmçinin Şəhər Teatrlarının Baş Bədii Direktoru vəzifəsində də çalışıb.
O, karyerası ərzində bir çox teatr əsəri yazıb.
2014-cü ildə idmandan sonra saunaya girərkən müvazinətini itirərək yıxılan və başından zədə alan Işıkın beyninə qan sızıb.