Kəmaləddin Qədim: Sabah “Kapital Bank” yansa, yazacaqlar ki, ““Sədərək” yanır”

Kəmaləddin Qədim: Sabah “Kapital Bank” yansa, yazacaqlar ki, ““Sədərək” yanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Supertoys” MMC-yə məxsus anbarda yanğın, nəhayət ki, söndürülüb. Yazırlar ki, guya “Sədərək” ticarət mərkəzində yanğın təhlükəsizliyinə əməl olunmayıb. Məlumatın bu şəkildə yayılması düzgün deyil. Bizim ərazidə “Kapital Bank”ın, digər bankların binaları, yanacaqdoldurma məntəqəsi də var. Sabah “Kapital Bank” yansa, yazacaqlar ki, ““Sədərək” yanır”. Ötən gün bəzi kütləvi informasiya vasitələri narahatlıq yaratdılar. Televiziya kanallarında da məlumat bu cür getdi. “Supertoys” MMC-yə məxsus anbar bizim mərkəzdən 200-500 metr aralıda yerləşir. Məlumatı əvvəlcədən dəqiqləşdirib yaymaq lazımdır. Camaat elə bilir ki, “Sədərək” yanır, bu, nə qədər adama mənfi təsir edir”.

Bu sözləri Pravda.az-a açıqlamasında “Sədərək” ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.

“Yenə də deyirəm, yanan anbarın “Sədərək” ticarət mərkəzi ilə heç bir aidiyyəti yoxdur. Dünəndən bəri bütün mətbuata bu barədə açıqlamalar verirəm. Anbarın bizim ərazidə yerləşməsinə baxmayaraq, hansı şirkətə məxsus olması artıq bəllidir. “Supertoys” MMC özü açıqlama versin ki, yanğının səbəbi nə olub, dəymiş zərər nə qədərdir, sığortaları varmı? Birmənalı olaraq bütün bu suallar şirkətə verilməlidir”, – o bildirib.