Fövqəladə Hallar Nazirliyinin (FHN) daha bir tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, buna səbəb nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin qanunların tələbini pozması olub.
Belə ki, sözügedən qurum Şamaxı, Ağsu və Zaqatala rayonlarında 8 ədəd fərdi yaşayış evlərinin bərpası işini həyata keçirməyi planlaşdırıb. Tək ailəli yaşayış binalarının tikintisi işlərini əhatə edən bu layihənin reallaşmasına 257.450,37 manat ayrılıb. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasını əsas tutaraq, tenderin nəticələrini ləğv edib.