Kəmaləddin Heydərovun məşhur oteli satışa çıxarıldı – FOTObackend

Kəmaləddin Heydərovun məşhur oteli satışa çıxarıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının mərkəzində yerləşən, dəbdəbəli, dördulduzlu “Qafqaz Baku City Hotel & Residences” oteli satışa çıxarılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Bina.az saytında elan yerləşdirilib.Kompleksə 17 mərtəbədə yerləşən 317 otaq, 9 yüksək komfortlu mənzil, habelə əlillər üçün nəzərdə tutulan 2 otaq daxildir.İçərisində 2 restoran, barlar, gimnastika zalları, spa salonları, konfrans otaqları və ticarət mərkəzi mövcuddur.
Otelin qiyməti isə 72 milyon 750 min manatdır.Qeyd edək ki, “Gilan Holding”ə məxsus olan “Qafqaz” otellər şəbəkəsinə 13 otel daxildir və bu mülklərin sahibi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.