Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi

Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb.

Tribunainfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı Eyvaz Soltanpaşa oğlu İbrəhimov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə daxili xidmət mayoru Zahidov Alim Oktay oğlu təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-in texnikalar üzrə rəisi olub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.