KƏMALƏDDİN HEYDƏROV İLLƏRDİR BU XİDMƏTİ YARADA BİLMİR

KƏMALƏDDİN HEYDƏROV İLLƏRDİR BU XİDMƏTİ YARADA BİLMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəmaləddin Heydərov bu illər ərzində hələ də “112 Mobil Xilasedici” xidmətini yarada bilməyib.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, “112 Mobil Xilasedici” xidmət kimi əhəmiyyətli xidmət kənarda qalıb, nazir iki ayrı idarə yaradır:

“Artıq neçənci dəfədir ki, zəlzələ xəbərdarlığını FHN deyil, Google edirdi. Son zamanlar hətta hiss olunurdu ki, Google FHN ilə dirəşib. İndi baxıram ki, nazir Kəmaləddin Heydərov Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsini iki hissəyə bölüb. Əvəzində isə Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi yaradılıb.
Bu nəhənglikdə qurum hələ də “112 Mobil Xilasedici” xidmətini yarada bilməyib”.