KƏMALƏDDİN HEYDƏROV ABDİN FƏRZƏLİYEVİN DAHA BİR QANUNSUZ TİKİLİSİNİ SÖKDÜRDÜ…

KƏMALƏDDİN HEYDƏROV ABDİN FƏRZƏLİYEVİN DAHA BİR QANUNSUZ TİKİLİSİNİ SÖKDÜRDÜ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaş tərəfindən qanunsuz tikinti aparılması faktı aşkarlanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən müvafiq tədbirlər nəticəsində vətəndaşa məxsus qanunsuz tikili sökülüb.