KEMAL SUNALIN HƏYAT YOLDAŞI: “ƏSGƏRLƏRƏ ONUNLA DANIŞMAQ QADAĞASI QOYULMUŞDU”

KEMAL SUNALIN HƏYAT YOLDAŞI: “ƏSGƏRLƏRƏ ONUNLA DANIŞMAQ QADAĞASI QOYULMUŞDU”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2000-ci ildə ürəktutmasından dünyasını dəyişən məşhur türkiyəli aktyor Kemal Sunalın (Şaban) həyat yoldaşı Gül Sunal sktyorun əsgərlik xatirələrini bölüşüb.

Tribunainfo.az yazır ki, G.Sunal bildirib ki, K.Sunal təhsil aldıqdan sonra teatrdan işlədiyi üçün əsgərliyə gec gedib. Buna baxmayaraq əsgərlikdə də sevilən biri olub. Komandir əsgərlərə K.Sunalla danışmaq qadağası qoyub:

“Kemal utancaq biri idi. Ancaq ətrafına kim yığılardısa hamını güldürməyi bacarırdı. Əsgərlər onu çox sevib. Bütün əsgərlər onun başına yığılırmış. Bunu bilən komandir Kemal Sunala yaxınlaşmaq qadağası qoyub”.

G.Sunal bildirib ki, Şabanın məşhur “Davaro” filmi də o əsgərlikdə olan vaxt çəkilib:

“Kartal Tibet film üçün xüsusi icazə ilə Kemalı Antalyaya açıldı. Əsgərlikdən bir aylıq məzuniyyətə çıxdı filmin çəkilişləri üçün. “Davaro” filmi çəkiləndə biz də yanına getmişdik. İndi bu film mənim ən sevdiyim filmlərdəndir”.