BKM yapımı olan “Adile” filminin çəkilişləri davam edərkən, Yeşilçamın unudulmaz simalarından Kemal Sunalı kimin canlandıracağı da dəqiqləşdi.
Tribunainfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türk kino tarixinin ən sevilən obrazlarına həyat verən Kemal Sunalı aktyor Berkay Tulumbacı canlandıracaq.
Rejissoru Çağan Irmak olan və baş rolda Meltem Kaptanın oynadığı filmdə, Adilə Naşidin həyatı ilə yanaşı, dövrün teatr və kino dünyası da geniş şəkildə əks olunacaq. Filmdə Adilə Naşidin yaxın dostu və səhnə yoldaşı Kemal Sunal da yer alacaq.
Türk xalqının yaddaşında silinməz izlər buraxmış aktyoru canlandıracaq olan Berkay Tulumbacı, tamaşaçıları həm nostalji, həm də emosional bir səyahətə çıxaracaq.
İmran Kərimli