Urmu gölü məsələsi artıq İran üçün ciddi başağırısına çevrilməyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, gölün sürətlə quruması 5 milyon insanın yaşadığı böyük bir coğrafiyanı əkin sahəsiz qoya bilər.
Güney Azərbaycanın Kəleybər, Xudafərin və Horand şəhərlərinin İran parlamentindəki təmsilçisi Behnam Rizvani bununla bağlı məclisdə məsələ qaldırıb. O deyib ki, Urmu gölü məhv olur. “Vəziyyət dramatikdir. Gölü bərpa edə bilməsək, bütün bölgə quru çöllüyə çevriləcək”.
Fərda Uğur