Kəlbəcər rayonu Ağdaban kəndindən məcburi köçkün, şair Arzuman Orucov ailəsi və üç azyaşlı övladıyla yaşadığı alaçıq yararsız vəziyyətə düşüb.
Bu barədə “Ölkə.Az”a A.Orucov məlumat verib. Onun sözlərinə görə, Goranboy rayonu, Qaraçinar kəndində düzəltdiyi alaçıq qəzalı vəziyyətdədir:
“Hazırda Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşmışıq. Məcburi köçkün kimi Tərtər rayonunun Xoruzlu kəndində qeydiyyatdayıq. Amma orada yaşayış üçün heç bir imkan olmadığı üçün Goranboyda bir yarımtikiliyə əl gəzdirib yaşayıram. Uçmuş evin hasarının üstünü bağlayıb yaşayırdım. Evin üstünə döşədiyim ağaclar çürüdüyü üçün alaçıq yararsız vəziyyətə düşdü. Kiçik övladımla həyat yoldaşımı qaynanamgilə göndərdim. İndi havalar xoşdur deyə, bir az əl gəzdirib yenidən burada məskunlaşmağa çalışacağıq. Amma qışda necə olacaq, bilmirəm”.
Mövzunu diqqətdə saxlayacağıq.