Azərbaycan Ordusunun Kəlbəcərdə çovğun nəticəsində itkin düşərək şəhid olan baş leytenantı Bağırov Fuad Allahverdi oğlu Şirvan şəhərində dəfn olunub.
Zabit anadan olduğu Şirvan şəhərində, Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Hərbi orkestrin müşayiəti ilə keçirilən dəfn mərasimində yaylım atəşi açılıb.
Mərasimdə hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Allah rəhmət etsin!