Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Tribunainfo.az xəbər verir ki, hadisə rayonun Bəylik kəndi ərazisində baş verib.
Belə ki, rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarə etdiyi “Niva” markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb.
Qəza zamanı sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimbəyli Allahverdi Elşən oğlu müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonunda xəstəxanaya yerləşdirilib.
Hər iki şəxs tikinti şirkətinin işçiləridir. İlkin ehtimala görə, qəzaya yolun buzlu olması səbəb olub.