Kəlbəcərdə minaya düşənlər danışdı – VİDEObackend

Kəlbəcərdə minaya düşənlər danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

53 yaşlı Rodik Pənahov Kəlbəcərin Çıraq kəndində quruculuq işi ilə məşğul olan zaman ard-arda iki dəfə minaya düşən traktor sürücüsüdür. Qusar sakini sağalan kimi yenidən Kəlbəcərə − işinin başına dönəcəyini deyir.

O, axşamtərəfi, iş başında olarkən minaya düşüb. Köməyə gələn iş yoldaşları onu yük maşınına qoyub xəstəxanaya apararkən bir neçə metr aralıda yenidən minaya düşüb. Rodik Pənahov digər 3 yoldaşı ilə birlikdə təkrar xəsarətlər alıb.

26 yaşlı Sadir Əliyarov da Qusar sakinidir. O, iş yoldaşlarına köməyə  gedərkən minaya düşüb.
“Bizə zəng gəldi ki, traktor minaya düşüb. Biz gələndə artıq hərbçilər köməyə gəlmişdi. Biz də qalxdıq, yaralıları yük maşınının arxasına qoyduq. Düşmək istəyəndə, elə 10 metr getmişdik ki, yük maşını da minaya düşdü”, – deyə o qeyd edib.

Xatırladaq ki, dekabrın 14-də Kəlbəcərin Çıraq kəndi ərazisində 8 nəfər şəxs minaya düşüb. Onlardan 4-ü mülki şəxs, 4-ü isə hərbçidir. Piyada əleyhinə minaya düşənlərin 7-si yaralanıb, 1 hərbçi isə şəhid olub.

ANAMA əməkdaşları əraziyə baxış keçirib. Dəlillərə əsasən, partlayan minanın 7,5 kiloqram partlayıcı maddə olan “TM 62-M” tipli tank əleyhinə olduğu ehtimal edilir. Ərazinin bu tipli minalarla çirkləndiyi məlum olub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: