Keçmiş vəkili Trampı ifşa etdi – Şok ittiham

Keçmiş vəkili Trampı ifşa etdi – Şok ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Kohenməhkəmədə qanunsuz iş icra etməsi üçün Trampın ona şəxsən təlimat verdiyini etiraf edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kohenin müdafiəçisi Lenny Devis şəxsi “Twitter” hesabında yazıb.
“Bu gün ayağa qalxdı və and içərək Donald Trampın prezident seçkilər ərəfəsində nüfuzuna xələl gətirilməməsi üçün 2 qadına pul verməsi barədə şəxsən təlimat verdiyini söylədi. Bu ödənişlər Maykl Kohen üçün cinayət hesab olunursa, o zaman nə üçün Donald Tramp üçün də cinayət hesab olunmasın?”, – deyə o, qeyd edib.
Assoşieyted Press Agentliyinin məlumatına görə, 51 yaşlı sabiq vəkil vergidən yayınma da daxil olmaqla daha 8 cinayəti etiraf edib. Eyni zamanda naməlum namizədlə çalışdığını və məqsədinin əsasən seçkiləri saxtalaşdırmaq olduğunu deyib. O, pul verdiyi qadınların adlarını açıqlamayıb. Lakin məhkəmə həmin qadınların və pul miqdarının keçmiş pornoulduz Stefani Klifford və keçmiş playboy modeli Karen Maqduqalın hekayələri ilə uyğunluq təşkil etdiyini bildirib.
Məhkəmədən sonra Kohen 500 min dollar pul cəzası qarşılığında şərti azadlığa buraxılıb.
Qeyd edək ki, o, 5 ilə qədər həbs cəzası ilə qarşı-qarşıya idi və razılaşma əsasında, cinayətini etiraf etdikdən sonra cəzası yüngülləşdirilib.
Xatırladaq ki, Trampla Kohenin qadınlara pul ödənilməsi ilə bağlı telefon danışığının səsyazması avqust ayında FTB-nin apardığı əməliyyat zamanı vəkilin ofisində tapılmışdı.