Rusiyada yaşayan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayevə qarşı yeni cinayət işi açılıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd edək ki, E.Paşayev xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. İstintaq Komitəsinin məlumatına görə, o, Blinovski cütlüyünü böyük məbləğ qarşılığında cinayət məsuliyyətindən azad edəcəyinə söz verib./APA