Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun ölüm səbəbi bəlli oldu – “Xilasedicilər dəhşətə gəldilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Zaqatalanın Katex çayında batan 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin ölüm səbəbi bəlli olub.
 Bir neçə gün öncə Zaqatalanın Katex çayında batan 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin ölüm səbəbi bəlli olub.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, gənc fotoqraf olan Ə.Nuriyev şəlalə adlanan ərazidə model xanımlardan birinin fotosessiyasını etmək qərarına gəlib. Adı məlum olmayan sözügedən modelin şəkillərini çəkən gənc oğlan daha sonra üzmək üçün suya girib. Bu zaman o suyun təzyiqindən qızın gözlərinin önündə boğulub.

Məlumata görə, xanım model heç kimdən kömək ala bilmədiyi üçün bir gecə meşədə gecəməli olub. Səhərsi gün isə artıq bütün xilasedicilər hadisə yerinə gəliblər. Onlar mərhumun nəşini sudan çıxartmaq üçün bir neçə dəfə suya daxil olsalar da, bu cəhdləri alınmayıb. Suyun təzyiqindən bir neçə saat sonra meyidi quruya çıxartmaq mümkün olub.

Hadisədən sonra dövlət qoruğu hesab olunan şəlalə vətəndaşların ziyarətinə qapadılıb. Artıq bir neçə gündür ki, əraziyə heç kim buraxılmır.

Qeyd edək ki, Ədilxan Nuriyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.

Allah rəhmət eləsin!