SSRİ rəhbərinin politoloq oğlunun ölüm səbəbi bilindi – İntihar

SSRİ rəhbərinin politoloq oğlunun ölüm səbəbi bilindi – İntihar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Nikita Xruşşovun oğlu, politoloq Sergey Xruşşov ABŞ-da intihar edib.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı “The New York Times” yazıb.

 

Nəşrin bildirdiyinə görə, bunu Xruşşovun cəsədinin ekspertizası üzə çıxarıb. Eyni zamanda, hüquq-mühafizə orqanlarına görə, cəsəd üzərində hər hansı zorakılığq əlamətləri tapılmayıb.
Qeyd edək ki, Xruşşovun ölüm xəbərini iyunun 18-də sevgilisi, keçmiş diplomat Mark Harrison elan edib, lakin onda onun intihar etməsi barədə məlumat olmayıb.
Sergey Xruşşovun ikili vətəndaşlığı olub: Rusiya və Amerika. 1991-ci ildə tanınmış alim, texniki elmlər doktoru və publisist Xuruşşov ABŞ-ın Broun Universitetinə dəvət olunub, sonra da Soyuq Müharibənin tarixi haqqında mühazirələr oxuyub.
Sovet İttifaqında oğul Xruşşov kruiz və ballistik raket layihələrinin inkişafı ilə məşğul olub, eyni zamanda kosmik aparatların eniş sistemlərinin yaradılmasında iştirak edib.