İranın Avstraliyadakı keçmiş səfiri Məhəmməd Həsən Qədiri Abyaneh sensasiyalı açıqlama ilə çıxış edib.
Tribunainfo.az xəbər verir ki, o, İranın keçmiş prezidenti Həsən Ruhanini İsrailə işləməkdə ittiham edib.
Abyaneh bildirib ki, İsrailin Məclise Xubriqanın (Ekspertlər Məclisi) üzvlərini hədəfə alması məqsədlidir. “Məclise Xubriqanın üzvlərinin öldürülməsi İsrailin planlarının bir hissəsidir. Məqsəd Həsən Ruhanini İranda dini lider postuna gətirməkdir. İsrail Həsən Ruhanini rejimin lideri etmək istəyir”.
Keçmiş səfir yekunda onu da bildirib ki, Ruhani və komandası İranı parçalamağı qarşılarına hədəf qoyub.
F\rda Uğur