Keçmiş səfir: “İki Azərbaycanın birləşməsi İran üçün təhlükədir”

Keçmiş səfir: “İki Azərbaycanın birləşməsi İran üçün təhlükədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ziya Gök Alp kimi ziyalılar Osmanlının itirilmiş gücünü yenidən bərpa etmək məqsədi ilə zəmin yaratmaq üçün Anadoludan Orta Asiyaya qədər bütün türkdilli xalqların birləşdirilməsi ideyasını irəli sürdülər”.

Tribunainfo.az xəbər verir ki, bunu İranın Livandakı keçmiş səfiri Əhməd Dəstmalçıyan deyib.

Onun sözlərinə görə, İran xüsusi geosiyasi mövqeyinə və müxtəlif etnik tərkibinə görə həmişə pantürkistlərin diqqət mərkəzində olub. “Azərbaycan müstəqillik əldə etdikdən sonra Əbülfəzl Elçibəy kimi liderlər iki Azərbaycanın birləşdirilməsi ideyasını irəli sürməklə İranın ərazi bütövlüyünə açıq təhlükə yaratdılar”.

Dəstymalçıyan onu da qeyd edib ki, bu ideya Azərbaycanın siyasi arenasında uzun sürməyib. “Amma bu, pantürkizmin regionda sabitliyi pozan alətə çevrilə biləcəyini göstərdi. Sonrakı onilliklərdə Türkiyə yumşaq güc vasitələrindən istifadə edərək, xüsusən də Türk Dövlətləri Təşkilatı, peyk media və sosial şəbəkələr vasitəsilə Azərbaycanda, Orta Asiyada və hətta İranın türkdilli xalqları arasında mədəni və dil təsirini genişləndirməyə çalışdı. Bu proses yeni şəxsiyyət bağları yaratdı və Tehranın narahatlığını ikiqat artırdı”.

Fərda Uğur