Keçmiş səfir: “Bakı və İrəvan arasında razılaşmaya yenidən baxılmalıdır”

Keçmiş səfir: “Bakı və İrəvan arasında razılaşmaya yenidən baxılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasındakı razılaşmaya yenidən baxılmalıdır. Onlar düşünməsinlər ki, hər şey bitdi. Halbuki bizim indi alternativ yolumuz var”.

Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi İranın Azərbaycandakı keçmiş səfiri, hazırda Prezident Admnistrasiyasının Protokol şöbəsinin müdiri Abbas Musəvidir.

O bildirib ki, İran oyunçu deyil və nəqliyyat yollarının bağlanmasının əleyhinə də deyil. “Lakin ölkəmiz region ölkələrinin öz maraqlarını İranın maraqlarına zidd olan şəkildə müəyyən etməsinə imkan verməməlidir və verməyəcək”.

Onun sözlərinə görə, Azərbaycanın istədiyi nəzarətsiz və Ermənistanın suverenliyindən kənar açıq marşruta sahib olmaqdır. “Bu, İrəvan və region ölkələri, yəni İran və Rusiya üçün təbii olaraq qəbuledilməz idi”.

Musəvi təəssüflənib ki, Ermənistan hökuməti bu marşrutu Amerika şirkətinə icarəyə vermək istəyir. “Bu, problem yaradacaq. Ona görə də bunu erməni şirkəti və ya konsorsium etsəydi, məsələn, yalnız region ölkələrinin iştirak etdiyi halda, daha məqbul olardı”.

P.S. İran özünü idarə edə bilmir, başqalarının işinə qarışır. Musəvi və ölkəsi bu qədər bacarıqlı və biliklidirsə, öncə öz ölkələrinin mövcud problemlərini həll etsin. Yəni, əlləri belə yağlıdırsa, öz keçəl başlarına çəksinlər.

Fərda Uğur