backend

Keçmiş rəis müavininin İNTİHAR ANI KAMERADA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, 7-ci mikrorayon, S.Sani Axundov küçəsi 31/23 ünvanında yerləşən 18 mərtəbəli binada intihar olub. 

Bakı şəhəri, 7-ci mikrorayon, S.Sani Axundov küçəsi 31/23 ünvanında yerləşən 18 mərtəbəli binada intihar olub.

TİA.AZ xəbər verir ki, dünən gecə saat 21-22 radələrində binada yaşayan 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən yerindəcə keçinib.

Bina sakinlərinin verdiyi məlumata görə, R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.

Mənzilə ilkin baxış zamanı qapıların açıq qaldığı, masanın üzərində mərhumun ailə fotolarının düzüldüyü məlum olub.

Hüquq-mühafizə orqanları intiharın səbəblərini araşdırır.