Keçmiş prokuror yenə sərsəmlədibackend

Keçmiş prokuror yenə sərsəmlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaricdə ermənilərin aktiv tərəfdarlarından biri olan, diasporanın pulu ilə bəslənən Beynəlxalq Haaqa Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo yenə Azərbaycanı hədəfə alıb. Tribunainfo.az xəbər verir ki, bu dəfə o, təkcə hüquqi müstəvidə deyil, elə hər mənada erməniləri Azərbaycana qarşı savaşmağa təşviq edib.
O bir qrup erməni ilə görüşdə deyib ki, COP29 ərəfəsində Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtması məsələsini qaldırmaq üçün əlverişli imkan yaranıb. O sərsəmləyib kii, Azərbaycan hər nə qədər iddia etsə də, Qarabağ guya, ermənilərin torpağıdır. “Azərbaycan nə qədər bunun əksini iddia etsə də, Qarabağ erməniləri torpağın sahibidir”.
O daha sonra deyib ki, hər şey ermənilər və onların xaricdəki havadarlarının döyüşə nə qədər hazır olmaqlarından asılıdır. “Qarabağ erməniləri hüquqularını qorumaq üçün bütün imkanlardan istifadə etməlidirlər. Bunun üçün fəal olmalıdırlar”.