Kosta-Rikanın keçmiş prezidenti və Nobel mükafatı laureatı Oskar Arias bu günlərdə seksual qalmaqalla üzləşib. Bir ictimai fəal qadın keçmiş prezidentin ona sataşdığını bildirərək şikayət ərizəsi ilə müraciət edib.
Daha sonra həmin qadına vaxtilə (1986) prezidentin mətbuat katibliyində çalşmış 3 qadın da qoşulub.
CNN-in verdiyi xəbərə əsasən, Kosta-Rika prokurorluğu bununla bağlı ərizələrin alındığını təsdiqləyib.
Oskar Ariasın özü isə bütün ittihamları rədd edərək, həyatı boyunca gender bərabərliyi uğrunda mübarizə apardığını bildirib. Lakin ölkənin Qadınların işləri üzrə naziri Mora Kastellanos şikayət verənləri müdafiə edəcəklərini bəyan edib.
Xüsusi ittiham ərizəsinin surətini əldə edən “The New York Times” həmin qadınlardan birinin adını öyrənib. Bu qadın psixiatr və nüvə tərksilahı üzrə ictimai fəal Arse fon Herolddur. Arse fon Herold Oskar Ariasın da dəstək verdiyi Nüvə silaının ləğv olunması uğrunda beynəlxalq şirkətdə (İCAN) çalışıb.
İkinci ittiham keçmiş jurnalist Emma Deylidən gəlib. Hazırda o, “Human Rights Watch” təşkilatının ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.Onun sözlərinə görə, Arias 1990-cı ildə, Nikaraquada prezident Violetta Çamorronun andiçmə mərasimində ona satışıb.
Oskar Ariasa ittiham irəli sürən 3-cü qadın Eleonora Antillon aldı bir qadın olub. “İndependent” qəzetinin yazdığına görə, Eleonora Antillon Ariasın onu 1986-cı ildə, hələ prezidentliyə namizəd olduğu vaxt zorlamaq istədiyini iddia edib. E.Antillon indi əsas məqsədinin “fırldaqçı prezident”in üzündəki maskanı cırmaq olduğunu söyləyir. 4-cü ərizəçi barədə isə məlumat əldə olunmayıb.
Xatırladaq ki, Oskar Arias 1986-1990, habelə 2006-2010-cu illərdə Kosta-Rikanın prezidenti olub. 1987-ci ildə o, Mərkəzi Amerikada vətəndaş müharibələrinin başa çatması yolundakı cəhdlərinə görə Nobel mükafatına layiq görülüb.