Keçmiş partiya sədri MSK-nı məhkəməyə verdi: Nə tələb edir?backend

Keçmiş partiya sədri MSK-nı məhkəməyə verdi: Nə tələb edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Keçmiş partiya sədri Əvəz Temirxan Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.
Qaynarinfo-ya daxil olan məlumata görə, Əvəz Temirxanın iddiasına Bakı Apellyasiya Məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq.
Əvəz Temirxan məlumatı təsdiqləyib və detalları açıqlayıb. O, Qaynarinfo-ya bildirib ki, MSK-nı məhkəməyə verməsi prezidentliyə namizədliyinin qeyd alınmaması ilə bağlıdır.
“Mərkəzi Seçki Komissiyası mənim sənədlərimi qəbul etməkdən imtina edib. Beləliklə də namizədliyim qeydə alınmayıb. Sənədlərdən imtinanın əsaslandırılması məni qane etmədiyinə görə bu məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlmişəm. İddia tələbim məhkəmə yolu ilə namizədliyimin qeydə alınması və adınmın seçki bülleteninə salınması ilə bağlıdır”, deyə Əvəz Temirxan bildirib.

Məlumat üçün deyək ki, seçki məsələləri ilə bağlı məhkəmə işlərində apellyasiya məhkəməsi birinci instansiya hesab edilir.

Əvəz Temirxan Azərbaycan Liberal Partiyasının (ALP) sədri olub. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra partiyanın qeydiyyatı ləğv edilib.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. MSK 7 nəfərin namizədliyini qeydə alıb.