Ömürlük azadlıqdan məhrum edilən keçmiş OMON-çular Arif Kazımov və Səfa Poladov artıq 27 ildir ki, həbsdədir. Tribunainfo.az bildirir ki, onların ailələri dekabrda gözlənilən əfv fərmanında onların da adlarının olacağına böyük ümid bəsləyir. Ölkənin hüquq müdafiəçiləri, vətəndaş cəmiyyət üzvləri bir neçə dəfə ölkə rəhbərliyinə müraciət edib, Əfv Komissiyasına məktublar ünvanlayıblar, hər iki keçmiş OMON-çunun əfv edilməsini xahiş ediblər. Hüquq müdafiəçiləri onların cəzalarının kifayət qədər çəkdiklərini, islah olunduqlarını, əməllərinə görə peşmançılıq keçirdiklərini qeyd edərək vurğulayıblar ki, həm Arif Kazımov, həm Səfa Poladov bu illər ərzində özlərini intizamlı dustaq kimi aparıblar. Bütün bunları nəzərə alaraq ömürlük həbs hökmünün cəza ilə əvəzlənmədini və onların əfv siyahısınıa salınmasını xahiş ediblər. Bu il də böyük gözlənti var ki, dövlət başçısı humanizm göstərərək imzalayacağı Əfv sərəncamı ilə hər iki məhbusu azadlığa, ailələrinə qovuşduracaq. Azərbaycan praktikasında belə bir təcrübə var ki, ömürlük cəza alanlar müəyyən zamandan sonra azad olunublar. Onların ictimaiyyət üçün təhlükəli olmadıqlarını da görmüşük. O baxımdan hər iki məhbus, onların yaxınları Prezident İlham Əliyevdən xahiş edirlər ki, günahlarını bağışlasın və 2024-cü ili öz ailələri ilə qarşılamaq sevincini yaşatsın.