Ölkəmizdə demək olar ki, hər il ölkə başçısı əfv sərəncamı imzalayır.
Bəs ömürlük həbs cəzasına məhkum olunan keçmiş “OMON”çular Səfa Poladov və Arif Kazımov əfv oluna bilərmi?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Əfv Məsələləri Komissiyasının üzvü, tanınmış hüquqşünas, sabiq millət vəkili Əliməmməd Nuriyev bildirib ki, “əfv sərəncamı” yalnız Azərbaycan prezidentinin sərəncamı nəticəsində verilə bilər.
Onun sözlərinə görə, ömürlük həbsə məhkum edilmiş istənilən məhbus cəzasının 10 ilini çəkdikdən sonra əfv üçün müraciət edə bilər.
Onların cəzaları 25 illə də əvəzlənə bilər. Əfv Komissiyasına ömürlük məhbuslar da müraciət edirlər. Komissiya da qanunvericiliyin meyarlarını əsas götürüb tövsiyə xarakterli qərarlar qəbul edir.
Əfv etmək cənab prezidentin müstəsna səlahiyyətidir.
Dəniz