Keçmiş nişanlısını küçənin ortasında öldürən adamdan qan donduran mesaj

Keçmiş nişanlısını küçənin ortasında öldürən adamdan qan donduran mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küçükçekmecede keçmiş nişanlısı Bahar Kabanı öldürən Gökhan Yıldız qətldən sonra qızın ailəsinə “Bahar layiq olduğunu aldı. Qara qanı yerə getdi, ruhu atasına, şeytana getdi” deyə xəbər göndərib.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, Yıldızın Bahar Kaban adına saxta sosial media hesabı açaraq birlikdə çəkilmiş fotolarını paylaşdığı öyrənilib.

İş yerinə gedən Bahar Kaban (28) keçmiş nişanlısı Gökhan Y. tərəfindən izləndiyini görüb. Bunun üzərinə Kaban ilə Gökhan Y arasında mübahisə düşüb. Küçənin ortasında mübahisə zamanı Gökhan Y. yanındakı tapança ilə Bahar Kabana iki atəş açıb. Yaralanan Bahar Kaban yerə yıxılıb. Hadisədən sonra təcavüzkar hadisə yerindən qaçıb və ətrafdakılar vəziyyəti dərhal sağlamlıq və polis qruplarına xəbər verib.